Cümə axşamı, 02 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Paytaxtda quraqlığa davamlı və yerli iqlimə uyğun ağac və kollar əkilir  

Ölkə başçısı cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq Bakı şəhərində yaşıllıq zolaqlarının artırılması, ekoloji tarazlığın bərpası və ətraf mühitin mühafizəsi istiqamətində işlər davam etdirilir...

Mövsümlə əlaqədar Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən paytaxtın müxtəlif ərazilərində kütləvi ağac əkilməsi və yaşıllaşdırma işləri aparılır.

Son vaxtlar Bakının flora müxtəlifliyi xeyli artırılıb, həmçinin şəhərin iqlim şəraitinə uyğunlaşmış yerli ağac növlərinin də əkilməsi aparılır. Eyni zamanda qlobal iqlim dəyişiklikləri və su qıtlığı təhlükəsi ilə əlaqədar Bakı şəhərində quraqlığa davamlı bitkilərin, yerli iqlimə uyğun, həmçinin müxtəlif rəngdə çiçəklənən ağac və kolların əkilməsinə üstünlük veriləcək. Görülən işlər təcrübəli landşaft dizaynerləri və mütəxəssislərin iştirakı ilə aparılacaqdır.
Mövsüm ərzində paytaxtda Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən şəhərin iqliminə uyğun, xüsusi rəng çalarları ilə seçilən, qırmızı, sarı, ağ rəngdə gülləri ilə şəhərə xüsusi gözəllik verəcək Lənkəran akasiyası, çezalpiniya, jumolas, qlisiniya əkilməsi, yeni formada yaşıllıq güşələrinin yaradılması həyata keçiriləcəkdir. İlkin vaxtda yeni kollar sakinlərimizin daha çox olduqları gəzinti və istirahət yelərində - Mərkəzi, Qış, Atatürk və Nizami parklarında, əsas prospekt və küçələr boyunca əkiləcəkdir.
Sakinlərimizə də öz həyətlərində bu cür ağac və kolların əkilməsi tövsiyə olunur.

Poliqon.info


Etiket: Paytaxt ağac kol


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm” – Seymur Orucovun qohumu həbs edildi

Azərbaycanda itkin uşaqla bağlı müəmma böyüyür: Görüntüləri kim sildirib? - Video

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

İran dövlət radio və televiziyasının Azərbaycanda ofisi bağlandı - Foto

Cəlilabadda çiyələyin qiyməti 4 dəfə ucuzlaşıb 

Heyətində vaxtilə ulduz futbolçular olan məşhur klub İtaliya A Seriyasına qayıtdı

Qubad İbadoğlunun yaşayış yerinin dəyişdirilməsi barədə vəsatət təmin edilib

Bəhram “kənd-şəhər” söhbəti etdi, tənqid olundu - Video

Hansı ölkələr Latviyadan Rusiyaya zərbələr endirə bilər? - Zaxarova

Paşinyan: “Növbəti illərdə dövlətimiz həlledici qərarlar qəbul etməli olacaq”

Ən çox oxunanalar